İllik ərzaq inflyasiyası 17% olub - Mərkəzi Bank
Bildirilib ki, hesabat dövründə ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib.
Martda illik ərzaq inflyasiyası 16.8%, orta illik ərzaq inflyasiyası isə 17% təşkil edib. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib.
FAO-nun son hesabatına əsasən dünya bazarlarında ilin əvvəlindən kərə və bitki yağları 39%,dənli bitkiləri 21%, süd məhsulları 13%, ət məhsulları 8% bahalaşıb. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər martda illik 6.6%, orta illik 6.2% artıb. Qeyri-ərzaq məhsulları arasında ən çox bahalaşma dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimatlar (38.3%), inşaat materialları (15.2%) və parçalar (13.9%) üzrə qeydə alınıb.
Rəsmi məlumata görə, qeyri-ərzaq məhsulları üzrə qiymətlər martda illik 6.6%, orta illik 6.2% artıb. Qeyri-ərzaq məhsulları arasında ən çox bahalaşma dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimatlar (38.3%), inşaat materialları (15.2%) və parçalar (13.9%) üzrə qeydə alınıb. Xidmətlər son 1 ildə 10% bahalaşıb.
Orta illik xidmət inflyasiyası 10.1% təşkil edib. İl ərzində, poçt xidmətləri 58%, təbii qaz təchizatı xidməti 42% və elektrik enerjisi təchizatı xidməti 12.5% bahalaşıb. Bununla yanaşı, qiymətlər hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri üzrə 36.2%, ictimai iaşə xidmətləri üzrə 15.3%, icarə haqları üzrə 10.7% və tibbi xidmətlər üzrə 8.7% yüksəlib. Ümumilikdə, martda inflyasiyaya 7.3 faiz bəndi ərzaq, 1.5 faiz bəndi qeyri-ərzaq, 3.3 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib. Qeyri-ərzaq məhsullarının vəxidmətlərin bahalaşmasının ümumi inflyasiyanın formalaşmasında rolu əvvəlki ilin mart ayı ilə müqayisədə bir qədər artıb.
AzVision.az
Teqlər: