Azərbaycanda distant təhsil yaradılır: Nazir problemləri açıqladı

 Azərbaycanda distant təhsil yaradılır:  Nazir problemləri açıqladı
  04 May 2022    Oxunub:1803
"Təhsilin bu və ya digər şəkildə tanınması üçün zəruri şərt həmin proqramın akkreditasiya olunmasıdır. Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisdə Elm və təhsil komitəsi ilə işlənilir:

"Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqinki zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Bunu dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti