Nazir fənn kurikulumları ilə bağlı əmr imzaladı

 Nazir fənn kurikulumları ilə bağlı əmr imzaladı
  04 May 2022    Oxunub:1318
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları təsdiqlənib.
AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Sənədə əsasən, “Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları” təsdiq edilib.

Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları aşağıdakılardır:

Azərbaycan dili


Azərbaycan tarixi

Biologiya

Coğrafiya

Ədəbiyyat

Fizika

Kimya

Riyaziyyat

AzVision.az


Teqlər:





Xəbər lenti