"Ali təhsilin əlçatanlığını təmin etməliyik" - Nazir

   "Ali təhsilin əlçatanlığını təmin etməliyik" -  Nazir
  26 Aprel 2022    Oxunub:2528
Bu gün təhsilin keyfiyyətindən danışarkən bunu məzunun ali məktəbə qəbul olması ilə ölçürük. Məktəbin işi ali məktəbə tələbə hazırlamaq deyil, insan hazırlamaqdır.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, repetitorluq, stress udan tərəfdə olmaq istəyi ilə bağlıdır.

"Biz yavaş-yavaş ali təhsilin əl çatanlığını təmin etməliyik. Ali təhsili elitar təhsili kimi deyil, hər kəsin əlinin çatdığı təhsilə çevirsək problemlər həllini tapacaq".

Nazir qeyd edib ki, məktəb bilikləri bir neçə saatlıq imtahan görə dəyərləndirilməməlidir:

"Şagirdlərin xoşbəxtliyi, məltəbə motivasiya iıə gəlməsi təhsil sisteminin əsas mahiyyəti olmalıyıq. Biz buna ona görə gəlib çatmışıq ki, insanlar maşınla imtahan götürülməsə nəticələri inanmayacaq. Ali təhsilə girişi artırıb, çıxışı daratmalıyıq. Bu gün ali təhsilə qəbul olanların hamısı onu bitirməkidir deyə məcburiyyət yoxdur. Azərbaycan ali təhsili vaxtında bitirənlərə görə dünyanın inkişaf etmiş ölkələrindən 40 faiz irəlidədir. Ölkədə tələbələrin 95-98 faiz ali məktəbi bitirir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti