“Pandemiya təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib "

    “Pandemiya təhsil sisteminə uzunmüddətli mənada    mənfi təsir edib   "
  26 Aprel 2022    Oxunub:1038
“Pandemiya təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib. Ucqar kəndlərdə internetə çıxışı olmayan təhsil alanlar üçün pandemiyanın yaratdığı problemləri uzun müddət görəcəyik”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib.

“Bununla yanaşı, Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə sistemi var ki, biz onların hər birində iştirak etmişik. Qiymətləndirmələrin nəticələrinə uyğun olaraq pandemiyanın təhsilə təsirini daha dəqiq biləcəyik.

Təhsil sistemi olaraq lazımi çağırışlara öhdəsindən gələ bildik. Əsas səbəb müəllimlərin fədakarlığı, eləcə də, valideynlərlə əməkdaşlıq, həm də təhsilalanların prosesdə aktiv iştirak etməsi idi”, - nazir qeyd edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Nazir  





Xəbər lenti