"Məktəbə gec gedən uşaqların göstəriciləri aşağı olur" - Şöbə müdiri

   "Məktəbə gec gedən uşaqların göstəriciləri aşağı olur" -     Şöbə müdiri
  14 Aprel 2022    Oxunub:1419
"Uşaqların məktəbə getməsinin bir yaş limiti var. Bu limit 8 yaşıdır. Sentyabrda uşaq 8 yaş 1 aylıqdırsa, o fərdi təhsilə yönləndiriləcək".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, uşağın məktəbə belə gec göndərilməsi onun sosiallaşmasına mənfi təsir göstərəcək:

“Belə uşaqların akademik göstəriciləri də aşağı olur. Uşağın məktəbə getməsinin bir yaş həddi var. Valideynlərin 6 yaşında uşağı məktəbə göndərməməsi onların təhsilinə mənfi təsir göstərəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti