"Tələbə krediti alanlardan 2548-i ali təhsillidir" - İcraçı direktor

 "Tələbə krediti alanlardan 2548-i ali təhsillidir" -  İcraçı direktor
  07 Aprel 2022    Oxunub:1373
"2021-2022 tədris ilinin payız semestri üzrə 2899 tələbə təhsil tələbə kreditləri alıb".
AzVision.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib. O bildirib ki, kredit alanlardan 2485 nəfəri bakalavriat, 363 nəfəri magistratura səviyyəsi üzrə oxuyanlardır. Eyni zamanda 51 nəfər orta ixtisas təhsillidir.

TTK alan şəxslərdən 1603 nəfəri qadın, 1296 nəfəri isə kişidir.

Ötən dövrdə ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dölət Universiteti Azərbaycan Pedoqoji Universiteti olub.

TTK alan tələblərdən 916 nəfəri IV kurs, 765 nəfəri II kurs, 677 nəfəri III kurs, 455 nəfəri I kurs, 78 nəfəri V kurs, 8 nəfəri isə VI kursdur.

Tələbələrdən 2638-i Azərbaycan, 136-sı rus, 125-i isə ingilis dilində təhsil alır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti