Ali məktəblərə sənəd qəbulu başa çatıb

Ali məktəblərə sənəd qəbulu başa çatıb
  18 Mart 2022    Oxunub:2246
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
AzVision.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumilikdə 96654 abituriyent ərizəsini təsdiq edib.Onlardan 88495-i Azərbaycan, 8159-u isə rus bölməsi üzrə təhsil alanlardır. I ixtisas qrupu üzrə 32269 (Azərbaycan bölməsi 29572, rus bölməsi 26975), II ixtisas qrupu üzrə 20127 (Azərbaycan bölməsi 18329, rus bölməsi 1798), III ixtisas qrupu üzrə 21244 (Azərbaycan bölməsi 19210, rus bölməsi 2034; yalnız DT altqrupuna Azərbaycan bölməsi 17355, rus bölməsi 1541; yalnız TC altqrupuna Azərbaycan bölməsi 179, rus bölməsi 61; DT və TC altqrupları Azərbaycan bölməsinə 1676, rus bölməsinə 432); IV ixtisas qrupu üzrə 5227 (Azərbaycan bölməsi 4491, rus bölməsi 736), V ixtisas qrupu üzrə 69763 (Azərbaycan bölməsi 64615, rus bölməsi 5148), kolleclərə 74427 (Azərbaycan bölməsi 70355, rus bölməsi 4072) nəfər sənəd verib.

"Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında (1-ci cəhd) iştirak edəcək abituriyentlərin sayı 7559, 2021-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 597 nəfərdir.

Eyni zamanda 2021-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı 381 nəfərdir.

Qeyd edək ki, sənəd qəbulu martın 4-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 11:00-a qədər uzadılmışdı.

AzVision.az


Teqlər: İmtahan  





Xəbər lenti