Azərbaycan və Gürcüstan təhsil sazişi imzalayacaq

  Azərbaycan və Gürcüstan təhsil sazişi imzalayacaq
  20 Fevral 2022    Oxunub:2254
Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfərə gedib.
AzVision.az xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir.

Emin Əmrullayev səfər çərçivəsində ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidəki abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin Təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanacaq.

E.Əmrullayev səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.

AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti