AzVision.az xəbər verir ki, bu barədə "Hayastan” fraksiyasının deputatı Artur Kazinyan yerli mediaya verdiyi açıqlamada məlumat verib. O, ölkəsində baş verən arzuolunmaz proseslərdən gileylənib.
- Artıq iki aydır ki, adı cinayət işində hallanan Davtyan Ermənistan Respublikasının Silahlı Qüvvələrinə rəhbərlik edir. Ermənistan Konstitusiyasının 14.1-ci maddəsinə əsasən, Silahlı Qüvvələr müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir. Və bu dərəbəylik, özbaşınalıq vəziyyətində sabah biz Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd edəcəyik. Necə deyərlər, dağıdın, sona qədər məhv edin...
Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Onun əli olduğu iddia edilən cinayət işlərində Baş qərargah rəisi Davtyanın da adı keçir. Artak Davtyan isə bu günlərdə istifadəyə yararsız aviasiya sursatlarının alınması ilə bağlı həmin cinayət işi çərçivəsində ifadə verməkdən imtina edib.
Tural Tağıyev
AzVision.az