Məktəb direktorları və müavinlərinin maaşları artırılıb

   Məktəb direktorları və müavinlərinin maaşları artırılıb
  17 Yanvar 2022    Oxunub:3460
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib. Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

AzVision.az


Teqlər: Direktor   Maaş  





Xəbər lenti