10 min il əvvəlin beyin əməliyyatı

10 min il əvvəlin beyin əməliyyatı
  02 Aprel 2013    Oxunub:5486
Pakistanda aparılan qazıntı işləri 8 min il əvvəl stomatoloqların diş çürümələrini plombla müalicə etdiklərini göstərib. Kolumbiya Universitetinin arxeoloqu Andrea Cucina Pakistanda apardığı qazıntı işlərində bundan 8-9 min il əvvələ aid kəsici dişlərdə kiçik dəliklər aşkar edib.
Təxminən 2.5 mm diametrlik kiçik dəliklərə tez-tez rast gəlinməsi Cucinanın araşdırmalarını dərinləşdirməsinə səbəb oldu. Elektron mikroskopları vasitəsilə aparılan araşdırmalar kiçik dəliklərin bakteriyaların meydana gətirə bilməyəcəyi qədər düz olduqlarını ortaya qoydu. Bunların şüurlu müdaxilə ilə, müalicə məqsədilə edildiyi müəyyən olundu.

Kiçik dəliklərin tapıldığı dişlərin heç birində heç bir çürüyə rast gəlinməyib. New Scientist jurnalında dərc olunan məqalədə belə deyilir: “Bu, qədim stomatoloqların işlərində nə qədər müvəffəqiyyətli olduqlarının bir dəlilidir”. Philip Cohen, “Open Wide,” New Scientist, N 2286, 14 Aprel 2001, s. 19

Arxeoloji qazıntılarda bu tarixdən əvvəl, təxminən 12-13 min il əvvəl edilmiş beyin əməliyyatlarının izinə də rast gəlinib. Anadoluda ən qədim əməliyyatlı kəllə Aşıklıhöyükdə (Aksaray) tapılıb. Təxminən 12 min illik 20-25 yaşlarında bir qadın kəlləsində düz şəkildə açılmış bir dəliyə rast gəlinib. Kəllədəki dəliyin düzgünlüyü və nəzərə çarpan yaxşılaşma izləri bu insanın əməliyyatdan sonra da yaşadığını göstərib.

Anadoluda olan bir başqa nümunədə də kəllənin breqma (alın sümüyü ilə hər iki yan baş sümüyün birləşdiyi yer) nayihəsində aparılan əməliyyatda 13 kiçik dəlik açılaraq, ellips şəklində bir hissə çıxarılıb. Çıxarılan hissə əməliyyatdan sonra yenidən həmin nayihəyə qoyulub. Bu da əməliyyatın müalicə məqsədilə edildiyini göstərir.

Bu əməliyyatlarda obsidian (vulkanik şüşə növü), çaxmaq daşı, mis, dəmir, gümüş kimi mədənlərdə istifadə edilən trepan alətlərindən istifadə olunub. Bundan əlavə, arxeoloji qazıntılarda dərman qabı, infeksiyalı dərilərin qazılmasında istifadə edilən qaşıqlar, qulaq içindəki yaraların, xarici cisimlərin təmizlənməsində istifadə edilən alətlər, maqqaş, bıçaq, dağlama alətləri, məlhəmlər iynələr və s. tibbi vəsaitlər də tapılıb. (Bilim ve Teknik dergisi, Mayıs 2008)

Aydındır ki, beyin əməliyyatları aparan, dişləri müalicə edən insanlar nə primitiv idilər, nə də primitiv şəraitdə yaşayırdılar. Əksinə, xəstəliyə diaqnoz qoyan, müalicə üsulları tapan və müvəffəqiyyətlə tətbiq edən texniki imkanlara sahib idilər.

Zaur


Teqlər:  





Xəbər lenti