Kollec məzunlarının kreditləri universitetlərdə nəzərə alınacaq

Kollec məzunlarının kreditləri universitetlərdə nəzərə alınacaq
  29 Oktyabr 2021    Oxunub:1566
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az -ın xəbərinə görə, dəyişikliklə qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: Kollec  





Xəbər lenti