Yanacaq hazırlayan bakteriya

Yanacaq hazırlayan bakteriya
  01 Aprel 2013    Oxunub:2520
Alimlər reaktiv təyyarə yanacağı istehsalında istifadə olunan maddələri hazırlayan bakteriya kəşf ediblər.
Hollandiyalı elm adamları bakteriyanın reaktiv təyyarə yanacağı kimi istifadə edilən maddəni təbii yolla əmələ gətirən zülal kokteyli hazırladığını müəyyən ediblər.
Bioloqlar bir neçə il əvvəl "Kuenenia stuttgartiensis" bakteriyasının suyu çirkləndirən maddə olan ammonyakı oksigenə ehtiyac olmadan azot qazına çevirdiyini aşkar etmişdilər. "Annamoks" adlandırılan bu cür bakteriyalar atmosferdəki azotun 30-50%-ini əmələ gətirdiyinə görə okeanoloqlar, iqlimşünaslar və su təmizləmə mütəxəssislərinin diqqətini çəkir. Bu bakteriyalardan artıq su təmizləmə müəssisələrində istifadə edilir.

Hollandiyanın Radboud Universitetindən mikrobioloq Prof. Mayk Ceten (Mike Jetten) və qrupu K. stuttgartiensis bakteriyasının eyni zamanda reaktiv təyyarələrdə yanacaq kimi istifadə edilən kimyəvi maddə olan hidrazini (N2H4) hazırlamaq üçün də ammoniumdan istifadə etdiyini müşahidə ediblər.

Mayk Ceten Milli Aeronavtika və Kosmik İdarəetmə agentliyinin də (NASA) bu azot birləşməsindən reaktiv təyyarə yanacağının istehsal edilməsinə maraq göstərdiyini bildirib.

Zaur


Teqlər:





Xəbər lenti