ESA Merkurinin yaxın məsafədən ilk görüntüsünü yaydı- FOTO

   ESA Merkurinin yaxın məsafədən ilk görüntüsünü yaydı-   FOTO
  02 Oktyabr 2021    Oxunub:1773
Günəş sistemindəki ən kiçik planet olan Merkurinin yaxın məsafədən yeni fotosu əldə edilib. Azvision.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.
Foto yeddi illik missiya zamanı planetə yaxın məsafədə keçən Avropa-Yapon kosmik zondu tərəfindən çəkilib.

Bildirilir ki, şəkil 1 oktyabrda, planetdən 2418 kilometr məsafədə lentə alınıb. Qeyd edək ki, "BepiColombo" adlanan zond elmi məlumatlar və görüntülər toplayır və onları Yerə göndərir.
Ağ -qara rəngdə olan fotoda planetin Sixtu düzü, Kalvino və Lermontov kraterlərinin yerləşdiyi şimal yarımkürəsinin bir hissəsi aşkar görünür.



Tural Tağıyev
Azvision.az



Teqlər: Merkuri  





Xəbər lenti