Alimlər həyəcan təbili çaldı: Yer kürəsi daha çox qaranlıqlaşır

   Alimlər həyəcan təbili çaldı:   Yer kürəsi daha çox qaranlıqlaşır
  02 Oktyabr 2021    Oxunub:1452
Yer kürəsi daha bir arzuolunmaz mənfi tendensiya ilə üzləşib. Planetimiz getdikcə daha çox parlaqlığını itirir. Elm adamlarının dediyinə görə, hazırda Yer kürəsi 1990 -cı illərdən daha qaranlıq görünür.
Azvision.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Bidirilir ki, qlobal istiləşmə səbəbiylə suyunun temperaturu dəyişən okeanlar planetin işıqqaytarma qabiliyyətini azaltdır.

Araşdırmanın müəlliflərindən biri, "New Jersey" Universitetindən Filip Qud deyib:

Qlobal istiləşmə, artan təbii fəlakətlər: Yaxın gələcəkdə bizi nə gözləyir?
"17 illik nisbi platodan sonra 3 il ərzində məlumatları təhlil edərkən işıqqaytarma qabiliyyətinin azalması bizim üçün böyük bir sürpriz oldu".

Elm adamları, peyklərdən alınan məlumatlar əsasında yerdəki parlaqlığı təhlil ediblər. Nəticədə albedoda(Səthin işıqqaytarma qabiliyyətini səciyyələndirən kəmiyyət-red.) 0,5% azalma qeydə alınıb.

Alimlərin ehtimalına görə, planetin daha çox qaranlıqlaşmasının səbəbi, Sakit Okeanın isti hissəsində işığı əks etdirən parlaq buludların azalmasıdır.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Forbes   Alim   Yer-Kürəsi  





Xəbər lenti