Britaniyada yeni dinozavr növlərinin qalıqları tapılıb

Britaniyada yeni dinozavr növlərinin qalıqları tapılıb
  01 Oktyabr 2021    Oxunub:1145
Böyük Britaniyanın Uayt adasında aparılan qazıntılar zamanı yeni dinozavr növlərinin qalıqları tapılıb.
Azvision.az xəbər verir ki, onların bölgədə 125 milyon il əvvəl yaşadığı təxmin edilir.

Paleontoloqlar, spinosauridae ailəsinə məxsus hər iki növün qorxulu bir görünüşə sahib olduqlarını bildirib. Tapılan dinozavr qalığı 9 metr uzunluğundadır.

Mütəxəssislər, Uayt adasını ən son tapılan fosillərlə birlikdə Avropadakı dinozavrların ən çox olduğu bölgə olaraq müəyyənləşdiriblər.

Azvision.az



Teqlər: dinozavr  





Xəbər lenti