Arılar Qırmızı Kitaba düşən pinqvinləri öldürdü

Arılar Qırmızı Kitaba düşən pinqvinləri öldürdü
  20 Sentyabr 2021    Oxunub:2577
Cənubi Afrikanın cənub-qərbində, Keyptaun şəhəri yaxınlığında ən azı 63 pinqvin arıların sancmasından ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 17 -də Afrika pinqvinlərinin koloniyasında 60 -dan çox Afrika pinqvininin cəsədi tapılıb. Aparılan araşdırma nəticəsində məluma olub ki, pinqvinlər arı sancmasından ölüb.

Mütəxəssislər, əvvəllər pinqvinlərə hücum etməyən arıların bu cür aqressiv davranışlarının səbəblərini öyrənirlər.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Arı   Pinqivin  





Xəbər lenti