Amerikalı milyonçular nədən qorxurlar?

 Amerikalı milyonçular nədən qorxurlar?
  20 Sentyabr 2021    Oxunub:2180
ABŞ milyonçularının 67 faizi varisləri üçün miras qoyub getməkdən qorxur.
Azvision.az xəbər verir ki, bu barədə "The Motley Fool" konsaltinq şirkəti məlumat yayıb. Şirkət bununla bağlı sorğu aparıb. Sorğu yaşı 18-dən çox olan və ən azı milyon dollar kapitala malik 2 min amerikalı arasında aparılıb. Məlum olub ki, narahatlıqların çoxu vəsiyyət edilən aktivlərin necə istifadə ediləcəyi ilə əlaqədardır.

Milyonçular mirasın məsuliyyətsiz xərclənəcəyindən (58,7%) və ya ailələrinin bu cür aktivləri idarə etməyə hazır olmadıqlarından (56,5%) qorxurlar. Həmçinin respondentlərin 56,03% -i mirasdan başqa amillər- məsələn, xeyriyyəçilik məqsədləri üçün istifadə etməyin daha yaxşı olduğunu bildirib. Respondentlərin 55,77% -i isə varislərin tənbəl ola biləcəyindən qorxur.

Sorğu iştirakçılarının əksəriyyəti aktivlərinin taleyindən əmin olmaq üçün varislərdən müəyyən şərtləri yerinə yetirməyi tələb edəcəklər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Milyonçu   Sorğu  





Xəbər lenti