"Rolls-Royce"un elektrik təyyarəsi ilk uçuşunu reallaşdırıb

"Rolls-Royce"un elektrik təyyarəsi ilk uçuşunu reallaşdırıb
  17 Sentyabr 2021    Oxunub:1565
"Rolls-Royce"un "Spirit of Innovation" elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib. Azvision.az xəbər verir ki, bu barədə "New Atlas" məlumat yayıb.
İngiltərənin cənubundakı Uiltşir şəhərində reallaşan sınaq uçuşu 15 dəqiqə çəkib. İlk uçuşun ötən il planlaşdırıldığı qeyd olunur. Şirkət rəsmiləri yaxın gələcəkdə "Spirit of Innovation" elektrik təyyarələrinin saatda 480 km -dən çox sürətə çata biləcəyini düşünürlər. Bununla bağlı xüsusi bir uçuşun həyata keçirilməsi planlaşdırılır.



Tural Tağıyev
Azvision.az



Teqlər: Təyyarə   Uçuş  





Xəbər lenti