Dinozavrlar məhv olanda ilanlar necə sağ qalıb? - Yeni Nəzəriyyə

 Dinozavrlar məhv olanda ilanlar necə sağ qalıb? -  Yeni Nəzəriyyə
  15 Sentyabr 2021    Oxunub:5158
Hazırda yer üzündə yaşayan ilanlar milyon illlər əvvəl asteroid partlayışından sonra sağ qalan bir neçə növdən biridir. Azvision.az xəbər verir ki, belə bir qənaətə İngiltərənin Bata Universitetindən olan elm adamları gəliblər.
"66 milyon il əvvəl nəhəng bir asteroidin yerə düşməsi nəticəsində planetimizdə dinozavrlar məhv oldu. Bitki və heyvanların isə təxminən 76% -i yoxa çıxdı. Ancaq bəzi məməlilər, quşlar, qurbağalar və balıqlar kimi ilanlar da sağ qalmağı bacardılar. Onlar təkamül etdilər və bu gün dünyada üç mindən çox ilan növü var. İlanlar qidanın az olduğu bir mühitdə yaşaya bilirlər. Onlar yeni qitələri kolonizasiya edə və ətraf mühitlə yeni yollarla uyğunlaşa bilirlər. Çox güman ki, həmin asteroid zərbəsi olmasaydı, ilanlar indiki görünüşdə qalmayacaqdılar", - aparıcı tədqiqatçı Doktor Katerin Klyayin məqaləsində yazıb.

Məqalədə yazılır ki, bəzi ilanlar təxminən bir il yeməksiz yaşaya və qaranlıqda ov edə bilməsi səbəbindən astroid partlayışından sonra sağ qala biliblər. Sağ qalan ilan növlərindən çoxu yer altında, meşələrin dərinliklərində və ya şirin suda yaşayıblar.

Tural Tağıyev
Azvision.az



Teqlər: İlan   Asteroid  





Xəbər lenti