Aviasiyada yenilik: PUA səmada təyyarəni yanacaqla təmin etdi

      Aviasiyada yenilik:   PUA səmada təyyarəni yanacaqla təmin etdi
  15 Sentyabr 2021    Oxunub:1180
"Boeing" şirkəti, səmada yanacaq doldurma ilə bağlı yeniliyə imza atıb.
Azvision.az xəbər verir ki, "Boeing" "MQ-25 Stingray" pilotsuz təyyarəsindən istifadə edərək təyyarələrin səmada yanacaqla təmin olunmasına dair yeni sistemi sınayıb. Amerikalı təyyarə istehsalçılarına görə, sınaq uçuşu zamanı "F-35C"-nin pilotu müvəffəqiyyətlə PUA-dan yanacaq götürüb.

"ABŞ Hərbi Dəniz Qüvvələri və "Boeing" ilk dəfə olaraq "F-35C Lightning II" qırıcısına yanacaq doldurmaq üçün "MQ-25TM T1" sınaq qurğusundan istifadə etməyi bacardı"-, "Boeing"in mətbuat üçün yaydığı press-relizdədə yazılıb.

Xatırladaq ki, şirkət artıq Pentaqonla dörd pilotsuz tankerin tədarükü ilə bağlı müqavilə imzalayıb. Tədarükün tam şəkildə reallaşma müddəti 2024 -cü ilin avqustunda başa çatacaq. Müqavilənin məbləği səkkiz yüz milyon dollardır.

Tural Tağıyev
Azvision.az



Teqlər: PUA   Təyyarə   Yanacaq  





Xəbər lenti