Gürcü qulluqçu İraqda 2,6 milyon dollar oğurladı

Gürcü qulluqçu İraqda 2,6 milyon dollar oğurladı
  11 Sentyabr 2021    Oxunub:1721
İraqda gürcü əsilli qulluqçu qadın işlədiyi evdən 2,6 milyon dollar və dörd kiloqram qızıl oğurlayıb. Azvision.az xəbər verir ki, bu barədə "Rudaw Media Network" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, oğurluqda dörd nəfər iştirak edib. Əsas "qəhrəman" isə Gürcüstandan İraqa qızıl tacirinin ailəsinə xidmət etməyə gələn şəxs olub.

Dahukun polis rəisi general Əhməd Fəxri Məcid cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, ev sahibinin şəhərdə olmasından istfadə edən gürcü dostlarına zəng vuraraq gizli şəkildə əməliyat keçirmələrini təklif edib. Qadın pəncərəni açıq qoyub və evin açarlarını da əlbir olduğu oğrulara təqdime dib. Cinayətkar qrup qızıl və pulları gizlətdikdən sonra tələsik şəkildə İraq Kürdüstanını tərk ediblər.

Qadın sərhədi keçərək Türkiyəyə qaçıb və özü ilə 20 min dollar da götürə bilib.
Polis təhlükəsizlik kameralarını izləməklə pul və qızılları tapa bilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Gürcü   Oğurluq   İraq  





Xəbər lenti