Arxeoloqlar 4 min yaşı olan şar aşkarlayıblar

Arxeoloqlar 4 min yaşı olan şar aşkarlayıblar
  07 Sentyabr 2021    Oxunub:1602
Şotlandiyada maraqlı artefakt aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Lankaşir Universiteti və Şotlandiya Milli Muzeyinin arxeoloqları Tresnes körfəzində olan adada məzardan nadir əşyalar tapıblar. Bildirilir ki, bu ərazidə qazıntılar 2017 -ci ildən davam edir və məzarlıq eroziyaya uğradığı üçün mütəxəssislər araşdırmalarını tezləşdirirlər.

"Bir qrup arxeoloq Şotlandiyanın Orkney Adalarında yerləşən çoxkameralı bir məzarda dörd min ildən çox yaşı olan iki sirli cilalanmış və şar şəklində olan əşya aşkar edib. Hər iki topun diametri təxminən beş santimetrdir. Mütəxəssislər, onlardan birinin mükəmməl sferik bir formaya malik olduğunu deyirlər"-,məqalədə yazılıb.

Bildirilir edilir ki, bu əşyaların nə üçün nəzərdə tutulduğu hələlik aydın deyil. Ekspertlər artefaktların silah, ritual və ya fal üçün nəzərdə tutulmuş əşyalar olduğunu ehtimal edirlər. Habelə onlardan dərini emal etmək, hətta inşaat bloklarının hərəkət etdirilməsində istifadə edilə biləcəyi də fərziyələr sırasındadır. Ümumilikdə isə, Orkney Adalarında Neolit dövrünə aid təxminən 20 belə şar tapılıb və elm adamları onların hər birini inanılmaz bir tapıntı hesab edir.

Qeyd edək ki, tədqiqatçılar şarlardan əlavə insan və heyvan qalıqlarını, keramika və müxtəlif daş əşyaları - bıçaq, çəkic, qazan qapaqları və ox başlarını da tapıblar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Arxeoloq   Şotlandiya  





Xəbər lenti