Krımda Bizans dövrünə aid nadir möhür tapılıb

Krımda Bizans dövrünə aid nadir möhür tapılıb
  12 Avqust 2021    Oxunub:2594
Arxeoloqlar Krımda Bizans dövrünə aid dəyərli əşya tapıblar. Azvision.az ​xəbər verir ki, Baxçasarayda aparılan qazıntılar zamanı nadir möhür aşkarlanıb. Bu barədə ekspedisiyanın rəhbəri, Krım Federal Universitetinin tarix fakültəsinin dekanı Aleksandr Herzen məlumat verib.
Onun sözlərinə görə, Bizans İmperiyasının önəmli şəxslərinə və məmurlarına aid olan bu qurğuşun möhür çox nadir tapıntı sayılır.

"Tapdığımız həmin qədim əşyayla sənədləri möhürləyiblər. Daha bir neçə buna bənzər əşyalar da tapdıq. Amma onlar çox güclü deformasiyaya uğrayıb. Qurğuşun yüksək temperaturu sevmir. Möhürün aşkarlandığı saray isə yanğından məhv olub", - Herzen vurğulayıb.

Arxeoloqlar 9-10cu əsrlərə aid şərab və ya suyun saxlandığı güman edilən keramika amforasını da tapıblar. Onlar torpağın altında demək olar ki, bütöv şəkildə qalıblar.



Tural Tağıyev
Azvision.az



Teqlər: Krım   Arxeoloq  





Xəbər lenti