Ən qədim avtosalon FOTOLENT

Ən qədim avtosalon  FOTOLENT
  30 Mart 2013    Oxunub:2047
Bu tədbirin 100 ildən çox yaşı var
Nyu-Yorkda ən qədim və ən çox ziyarət olunan avtosalon öz işinə başlayıb. Qeyd edək ki, bu tədbir artıq 100 ildən çox bir müddətdir ki, qeyd olunur və dünyanın müxtəlif yerlərindən bura turistlər axışır.

Tədbirin martın 29- dan aprelin 7- sinə kimi davam edəcəyi gözlənilir. Avtoşounun ilk 2 günündə yalnız jurnalistlər və avto mütəxəsisləri iştrak edir. Onlar salondakı avtomobillərlə yanaşı Qudzon gölü qırağına sərgiyə qoyulmuş maşınlara da tamaşa edirlər.

Bu tədbirdə hal-hazırda istifadə olunan avtomobillərlə yanaşı, gələcəkdə istifadə oluna biləcək bir neçə avtomobilin prototipinə də rast gəlmək olar.

Tədbirdə ən çox diqqət çəkən hal isə 20 eksklüziv avtomobilin bu tədbirdə satışa çıxarılması oldu.

Bu tədbirdən təkcə avtomobil istehsalçıları deyil, həmçinin Nyu-York şəhəri də böyük gəlir əldə edir. Belə ki, tədbirə hər il 1 milyona yaxın insan qatılır və onlar tədbir zamanı 200 milyon dollara qədər pul xərcləyirlər.

Qalereya




Teqlər:  





Xəbər lenti