"Tesla"nın avtopilotu Ayı işıqforla səhv saldı- VİDEO
27 İyul 2021
Oxunub:2953
Yeni avtomobil erasını başladan "Tesla"nın avtopilotunda problem qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə məşhur bloger Cordan Nelson "Twitter"də məlumat yayıb. Belə ki, "Tesla" axşam saatlarında havada sarı rəngdə görünən Ayı işıqforla səhv salır və surətini azaldır. O bununla bağlı paylaşdığı videogörüntüdə Elon Muska müraciət edərək deyib ki, komandası Ayın avtopilot sistemini necə aldatdığını izləsin.
"Tesla" şirkəti və Elon Musk problemlə bağlı hələlik heç bir açıqlama verməyib.
Xatırladaq ki, iyulun 2-də "Tesla"nın 2021-ci il istehsalı olan "Model S Plaid" elektriklə çalışan avtomobili ABŞ-ın Filadelfiya şəhəri yaxınlığında öz-özünə yanmışdı. Yanğın zamanı sürücü elektromobildə olub.