Latın Amerikasında ilk: Argentinalılar pasportlarda cinsiyyəti gizlədəcəklər

Latın Amerikasında ilk: Argentinalılar pasportlarda cinsiyyəti gizlədəcəklər
  22 İyul 2021    Oxunub:2100
Argentina prezidenti Alberto Fernandez şəxsiyyət vəsiqələri ilə bağlı maraqlı bir fərman imzalayıb.
Azvision.az xəbər verir ki, bundan sonra pasportlarda vətəndaşın cinsiyyəti göstərilməyəcək. Bununla da Argentina Latın Amerikasında sənədlərdə cinsiyyəti gizli saxlayan ilk ölkə olub.

Belə ki, pasportun “cinsiyyəti” bölümündə yalnız “K” və ya “Q” deyil, “X” işarəsi də olacaq.
Bildirilir ki, burada məqsəd özünü kişi və ya qadın kimi qəbul etməyən insanlar üçün gender şəxsiyyəti hüquqlarını təmin etməkdir.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti