Günəşdə naməlum "rəqslər" aşkarlanıb

Günəşdə naməlum "rəqslər" aşkarlanıb
  21 İyul 2021    Oxunub:2643
Günəş Dinamikası Rəsədxanasının (Solar Dynamics Observatory, SDO) məlumatlarını təhlil edən alimlər ilk dəfə olaraq Günəşdə 27 günə bərabər uzunperiodlu rəqslər aşkar ediblər.
Azvision.az xəbər verir ki, tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc edilib. Rəqslər Günəşin səthində təqribən saatda beş kilometr sürətlə hərəkət edən burulğan kimi təzahür edir.

Uzunperiodlu rəqslər günəşin dövretməsindən asılıdır, onlar təbiətən akustik deyil. Günəşin uzunmüddətli rəqslərinin aşkarlanması üçün illər ərzində onun səthində üfüqi hərəkətlərin ölçülməsi zəruridir. SDO-dan aparılan fasiləsiz helioseysmik və maqnit müşahidələr bu məqsəd üçün ideal dərəcədə uyğundur.

Tədqiqatçılar, hər birinin öz periodu və məkan asılılığı olan onlarla rəqs rejimi qeydə alıblar. Onların bir qismi qütblərdə, digərləri orta enliklərdə, üçüncüsü isə ekvatorda maksimal sürətə malikdir. Ekvator yaxınlığındakı maksimal sürət rejimi Rossby 2018-ci ildə kəşf edilib.

Rəqslər Günəşdə daxili proseslərə, məsələn, turbulent hərəkətlərin gücünə və onunla bağlı Günəş mühitinə, habelə konvektiv hərəkətlərin gücünə çox həssasdır. Yeni növ rəqslərin kəşfi Günəşin daxili xüsusiyyəti, o cümlədən konvektiv hərəkətlər gücü haqqında nəticə çıxarmağa imkan yaradır.


Azvision.az



Teqlər: Günəş  





Xəbər lenti