Paytaxtda güclü yanğın - YENİLƏNİB

Paytaxtda güclü yanğın  - YENİLƏNİB
  30 Mart 2013    Oxunub:1905
Bakının Xətai prospekti ərazisində yanğın başlayıb.
Yanğın 28 May metrostansiyasının yaxınlığında, dəmiryolu vağzalının arxasındakı tikililərdən birində müşahidə olunur. Yanğının güclü olduğu bildirilir və onun söndürülməsinə bir neçə yanğınsöndürən cəlb edilib. Yanğını söndürmək hələ ki, mümkün olmayıb. (20:45)

Bakı Metropoliteninin "28 May" stansiyasının arxasındakı bazarın yanında tikilməkdə olan hündürmərtəbəli binanın 4 mərtəbəsində baş verən yanğın qonşu tikiliyə yayılıb. Bu barədə hadisə yerində olan əşahidlər bildirib.

Məlumata görə, hava küləkli olduğundan yanğın tez bir zamanda ətrafa yayılır. Hazırda 10 yanğınsöndürən maşın hadisə yerindədir, yanğının Dəmiryol Vağzalına keçməsinin qarşısı alınır.
Yanğının həmin binanın yanında 2-3 mərtəbəli köhnə tikililərə keçmə ehtimalı böyük olduğundan sakinlər təxliyyə olunub.

Təcili tibbi yardım briqadası da artıq hadisə yerindədir.
İlkin məlumata görə, yanğına binada işləyən fəhlələrin məsuliyyətsizliyi səbəb olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın binadakı taxta konstruksiyalarda baş verib. Havanın küləkli olması yanğının qarşısını almağı çətinləşdirir.



Teqlər:  





Xəbər lenti