Meksikada "Maradona kilsəsi" açılıb

Meksikada "Maradona kilsəsi" açılıb
  16 İyul 2021    Oxunub:1781
Meksikanın San Andres Çolula şəhərində yaşayan argentinalı Marselo Sankador adlı şəxs ölkədə ilk, dünyada isə ikinci olan "Maradona kilsəsi" açıb.
Azvision.az xəbər verir ki, bu barədə "Meksika TV" məlumat yayıb. Kilsəni ərsəyə gətirən argentinalı futbol azarkeşlərini Katolik kilsələrinə alternativ olaraq buranı ziyarət etməyə dəvət edib.

Kilsə futbol dahisi sayılan Dieqo Maradonanın fotoları ilə bəzədilib.

"Bu futbola olan sevgidir və biz Maradonanı sevir, qiymətləndiririk",-Sankador bildirib.

Qeyd edək ki, dünyada ilk "Maradona kilsəsi" Argentinada futbolçu həyatda olarkən açılmışdı. Kilsə 2001-ci ildə futbolsevərlər tərəfindən qurulub.

Xatırladaq ki, Maradona ağır əməliyyat keçirdikdən sonra 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Maradona   kilsə  





Xəbər lenti