Narkotacir nənə ifşa edildi

Narkotacir nənə ifşa edildi
  09 İyul 2021    Oxunub:1867
Rusiyada 63 yaşlı təqaüdçüdən 85 kiloqramdan çox çətənə bitkisi götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Məlum olub ki, yaşlı qadın bağında 452 çətənə kolu yetişdirib.

Moskva yaxınlığında yaşayan və adı açıqlanmayan təqaüdçüyə qarşı narkotik bitkilərin qanunsuz becərilməsi ilə bağlı cinayət işi başlanıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çətənə   Rusiya  





Xəbər lenti