Türkiyə yığmasının Avropa çempionatı üçün geniş heyəti - SİYAHI

Türkiyə yığmasının Avropa çempionatı üçün geniş heyəti -    SİYAHI
  14 May 2021    Oxunub:1207
Futbol üzrə Türkiyə milli komandasının Avropa çempionatı üçün geniş heyəti müəyyənləşib.
Azvision.az xəbər verir ki, baş məşqçi Şenol Güneş 30 oyunçuya dəvət göndərib.

Təlim-məşq toplanışı mayın 18-də start götürəcək. Baş məşqçi iyunun 1-dək 26 futbolçudan ibarət yekun heyəti açıqlamalıdır.

Geniş heyətdə qapıçılardan Mert Günok (“Başakşehir”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbağça”), Gökhan Akkan (“Rizespor”), müdafiəçilərdən Zeki Çelik (“Lill”, Fransa), Kaan Ayhan, Mert Müldür (hər ikisi – “Sassuolo”, İtaliya), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester Siti”, İngiltərə), Umut Meraş (“La Havre”, Fransa) Rıdvan Yılmaz (“Beşiktaş”), yarımmüdafiəçilərdən Mahmut Tekdemir (“Başakşehir”), Okay Yokuşlu (“Vest Bromviç” İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi – “Fənərbağça”), Orkun Kökçü (“Feyenord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya), hücumçulardan isə Cengiz Ünder (“Lester Siti”, İngiltərə), Efecan Karaca (“Alanyaspor”), Halil Akbunar (“Göztepe”), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi – “Qalatasaray”) Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya) yer alıblar.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Azvision.az


Teqlər: Türkiyə   Futbol   Yığma  





Xəbər lenti