Cərrahlar yanğın zamanı əməliyyatı davam etdirdilər

   Cərrahlar yanğın zamanı əməliyyatı davam etdirdilər
  02 Aprel 2021    Oxunub:5209
Rusiyada maraqlı hadisə baş verib.
Azvision.az xəbər verir ki, 8 cərrah Blaqoveşensk şəhəri xəstəxanasında xəstələrdən biri üzərində əməliyyat aparan zaman binada güclü yanğın başlayıb. Onlar həyatlarına təhlükənin yaranmasına baxmayaraq, əməliyyatı davam etdiriblər.

Qeyd edilir ki, cərrahlar ağır ürək əməliyyatı həyata keçirirlərmiş və bu cür əməliyyatların yarımçıq dayandırılması qeyri-mümkündür. Bu səbəbdən də yanğınsöndürənlər əllərindən gələni ediblər ki, yanğın əməliyyat otağına keçməsin.

Tural Tağıyev
Azvision.az


Teqlər: Cərrah   Yanğın  





Xəbər lenti