Xərçəngdən qorunmağın 10 QIZIL qaydası

 Xərçəngdən qorunmağın 10 QIZIL qaydası
  28 Mart 2013    Oxunub:2131
Mütəxəssislər dünyada geniş yayılan xərçəng xəstəliyindən qorunmağın yollarını açıqlayıb
AzVision.az-ın məlumatına görə, bu sahənin mütəxəssisləri xərçəngdən qorunmağın 10 yolunu açıqlayıb.

Siqaret içməmək: Xərçəngdən ölənlərin 30 faizinə, ağciyər xərçənginin 87 faizinə siqaret səbəb olur. Siqaret ağız, qırtlaq, qida borusu, qaraciyər, mədəaltı vəzi, mədə, böyrək, sidik kisəsi xərçənginə də gətirib çıxarır.

Spirtli içki içməmək və ya həcmini azaltmaq; Spirtli içki ağız, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, qalın bağırsaq, mədəaltı vəzi və döş xərçənginin yaranmasına səbəb olur. Xüsusilə siqaret ilə birlikdə spirtli içki içmək xərçəng riskini artırır.

Xərçəngdən qorunmanın digər qızıl qaydalarını isə radiasiyadan uzaq dayanmaq, infeksiyalardan qorunmaq, düzgün qidalanmaq, idmanla məşğul olmaq, çəkini tənzimləmək, xərçəngin erkən əlamətlərini bilmək, xərçəng riskini tez aşkarlamaq və xərçəngi aşkar edən müayinələrdən keçmək, eləcə də stressdən uzaq olmaq daxildir.



Teqlər:  





Xəbər lenti