AFFA Foqtsu yalanladı

AFFA Foqtsu yalanladı
  27 Mart 2013    Oxunub:1872
“Təyyarədə hər kəs öz yerində oturmuşdu”
AzVision.az-a açıqlamasında bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib

M.Nərimonoğlu bildirib ki, əvvəlcədən futbolçular üçün böyük təyyarə nəzərdə tutulub: “Son anda Novruz bayramına görə yaranan sıxlığa görə hava limani tərəfindən TU-134 təyyarəsi verilib. Amma qeyd edim ki, bu hal hazırda istifadə olunan təyyarədir”.

Yerdə yatmaq məsələsinə gəldikdə isə Mikayıl Nərimonoğlu bildirib ki, həmin təyyarədə olmayıb. “Görmədiyim məsələ haqqında münasibət bildirə bilmərəm. Ancaq onu deyə bilərəm ki, təyyarədə 64 yer var idi. Gedəndə 61 nəfər getmişdi, gələndə isə 63 nəfər. Hər kəsin öz yeri var idi. Hər kəs öz yerində oturmuşdu”

Millimizin baş məşqçisi Berti Foqts Almaniyanın nüfuzlu “Bild” qəzetinə açıqlamasında bildirib ki, Portuqaliya ilə oyun ərəfəsində komanda yorğun olub, Azərbaycan millisi üçün ayrılan təyyarənin isə çox darısqal olduğunu söyləyib və futbolçuların normal istirahət edə bilməyib.

Qəzetin əldə etdiyi məlumata görə, təyyarə o qədər balaca olub ki, hətta futbolçular döşəmədə yatıblar. Almaniyalı mütəxəssis də məlumatı təkzib etməyib: “Bizə səhv təyyarə göndərilmişdi. Futbolçulardan çoxu döşəmədə yatmağa məcbur oldu. Bu, qəbuledilməzdir”

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti