“Çelsi” Maurinyo ilə razılaşdı

 “Çelsi” Maurinyo ilə razılaşdı
  26 Mart 2013    Oxunub:1841
Londonun “Çelsi” klubu kral klubunun baş məşqçisi Joze Maurinyo ilə ilkin razılığa gəlib. Razılığa əsasən portuqaliyalı mütəxəssis bu yay artıq Abromoviçin komandasını çalışdıracaq.
Maurinyonun Braziliya-Rusiya dostluq matçını izləmək üçün Londona gəlməsi ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmasa da Maonun Londonda olması və Roman Abramoviçlə görüşməsi xəbəri tezliklə ingilis mətbuatının diqqətini cəlb edib.

Xatırladaq ki, Maurinyonun “Real Madrid”lə olan müqaviləsi qüvvədə qalır. Ancaq portuqaliyalı mütəxəssisin klubda uzun müddətdir davam edən narazılıqlardan sonra postunu tərk edəcəyi dəqiqdir.



Teqlər:  





Xəbər lenti