Ermənistanda koronavirusa yoluxma sayı 167 mini keçdi

Ermənistanda koronavirusa yoluxma sayı 167 mini keçdi
  31 Yanvar 2021    Oxunub:2704
Ermənistanda son sutka ərzində daha 125 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 167 026 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 9 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3080-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 760 nəfərdir. Aktiv xəstələrin sayı 5658 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti