Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu

 Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu
  31 Yanvar 2021    Oxunub:2922
ABŞ-ın Massaçusets ştatından olan konqresmen Stiven Linç peyvənd olunduqdan sonra koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Qeyd edilib ki, Stiven Linçə ABŞ Prezidenti Cozef Baydenin andiçmə mərasiminə qədər koronavirus vaksininin ikinci dozası vurulub. O, “Pfizer” və “BioNTech” şirkətlərinə məxsus peyvəndi qəbul edib.

Konqres üzvünün mətbuat xidmətindən verilən məlumata görə, mərasimdən əvvəl onun testi mənfi nəticə göstərib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Konqresmen   Peyvənd  





Xəbər lenti