Gürcüstan “Pfizer” vaksinini seçdi

Gürcüstan “Pfizer” vaksinini seçdi
  31 Yanvar 2021    Oxunub:2353
Fevralın 1-də Gürcüstana ABŞ-ın “Pfizer” şirkətinin istehsal etdiyi koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə nazirinin müavini Tamara Qabunia bildirib.

Onun sözlərinə görə, fevralın ortalarında “Pfizer” vaksininin birinci partiyasının 29 250 dozası ölkəyə çatdırılacaq.

Nazir müavini qeyd edib ki, bundan başqa Britaniyanın “AstraZeneca” şirkəti tərəfindən istehsal edilən vaksini də almaq istəyirlər. İlkin mərhələdə tibb işçilərinin peyvənd olunması nəzərə tutulub.

Azvision.az


Teqlər: Gürcüstan   Vaksin  





Xəbər lenti