Almaniyada koronavirusdan ölüm sayı 57 minə çatır

Almaniyada koronavirusdan ölüm sayı 57 minə çatır
  31 Yanvar 2021    Oxunub:2440
Almaniyada son bir gündə koronavirusa 11 192 nəfər yoluxub, 399 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 216 363 yoluxma halı aşkarlanıb, 56 945 ölüm hadisəsi qeydə alınıb.

İndiyədək 1,9 milyondan çox insan xəstəliyə qalib gəlib.

Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti