Türkiyədə daha 129 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 129 nəfər koronavirusdan ölüb
  31 Yanvar 2021    Oxunub:2457
Türkiyədə son sutka ərzində 129 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6871 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 25 865, virusa yoluxanlar isə 2 470 901 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 355 409 pasiyent (son sutkada 7100 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti