Pelosini öldürmək istəyən qadın saxlanıldı

Pelosini öldürmək istəyən qadın saxlanıldı
  30 Yanvar 2021    Oxunub:2654
ABŞ-da 6 yanvar tarixində Kapitoliyə hücum etməkdə günahlandırılan iki qadın həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə "Washington Post” məlumat yayıb.

Məlumata görə, qadınlardan biri etiraz aksiyası zamanı Nümayəndələr Palatasının spikeri Nensi Pelosini güllələmək niyyətini dilə gətirib.

Federal Təhqiqatlar Bürosu 12 yanvarda Don Benkroft və Diana Santos-Smitin konqres binasını necə tərk etmələri ilə bağlı video əldə edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qadınları müəyyənləşdirə və saxlaya biliblər.

“Kapitoliyə girdik ... Biz içəri daxil olub, öz işimizi gördük. Başından güllələmək üçün Nensini (Pelosi - red.) axtarırdıq, amma tapmadıq ”, - Benkfortun əldə edilmiş videosunda deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NensiPelosi  





Xəbər lenti