Erməni əsgərin meyiti müharibədən 70 gün sonra tapıldı

Erməni əsgərin meyiti müharibədən 70 gün sonra tapıldı
  31 Yanvar 2021    Oxunub:2667
Ermənistan mediasında İkinci Qarabağ müharibəsində öldürülən, meyiti sonradan tapılan erməni əsgərlədən biri barədə məlumat yayılıb.
Azvision.az xəbər verir ki, müharibə vaxtı 2 ayın əsgəri olan David Adoyan döyüşlərdə məhv edilib.

"Adoyan 17 iyulda orduya çağırılıb, Cəbrayılda xidmət edirdi. Valideynlərinin sözlərinə görə, onun olduğu dəstə Cəbrayıldan Hadruta piyada gedib. Dəstə mühasirəyə düşüb və əsgərlərin yaxınları bundan xəbərsiz olublar.

David Adoyan cəsədi müharibə bitdikdən 70 gün sonra aşkarlanan altı nəfərdən biridir. Onun yanına qumbara düşüb və ayağı qopub. Bu barədə yaxınlarından heç kimin məlumatı olmayıb. Altı əsgər yaralı Davidi özləri ilə daşıyırmış, lakin o, yolda ölüb. Əsgərlər xüsusi işarə ataraq Adoyanın meyitini Vank kəndindən Hadruta gedən yolda qoyublar. Bildiriblər ki, əgər onlardan kimsə sağ qalsa, Davidin meyitinin harada qalacağını xatırlayacaq”.

Məlumata görə, daha sonra əsgərlərdən biri Davidin atasına oğlunun meyitinin harada qaldığını söyləyib. Xilasedicilər Azərbaycanın nəzarətində olan kənddən əsgərin cəsədini tapıblar.

“Davidin qardaşı Vaqram Adoyanın sözlərinə görə, həmin dəstə Naxçıvandan olan Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri ilə döyüşüb. David Adoyan 18 may 2002-ci ildə anadan olub və 28 oktyabr 2020-ci ildə ölüb",- deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Cəsəd   Hadrut   Əsgər  





Xəbər lenti