Afrində güclü partlayış: Ölən və yaralılar var

Afrində güclü partlayış:  Ölən və yaralılar var
  30 Yanvar 2021    Oxunub:2660
Suriyanın şimalında yerləşən Afrin bölgəsində partlayış baş verib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb bomba yüklü avtomobilin partladılması olub.

Terror aktı nəticəsində ilkin məlumatlara görə, 2 mülki şəxs ölüb, 9 nəfər yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir. Yaralılar xəstəxanaya çatdırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Afrin  





Xəbər lenti