“ABŞ Qarabağ məsələsində Rusiya ilə əməkdaşlıq edir” - Səfir

 “ABŞ Qarabağ məsələsində Rusiya ilə əməkdaşlıq edir” -  Səfir
  30 Yanvar 2021    Oxunub:3621
ABŞ Dağlıq Qarabağ, eyni zamanda Ukrayna, Liviya məsələləri, Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair Rusiya ilə əməkdaşlıq edir.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib. O bildirib ki, Vaşinqton dialoqu davam etdirmək niyyətindədir.

Diplomat, həmçinin xatırladıb ki, bu yaxınlarda fransalı həmkarı ilə birlikdə Rusiya Xarici İşlər Nazirliyində brifinqdə iştirak edib:

"ABŞ, Fransa və Rusiya Minsk qrupunun həmsədrləridir. Brifinq zamanı bizi Dağlıq Qarabağdakı vəziyyət və Azərbaycanla Ermənistan arasında başa çatmış münaqişə ilə bağlı məlumatlandırdılar. Bu, ABŞ-ın Rusiya ilə, eləcə də Fransa ilə əməkdaşlıq etdiyi sahələrdən biridir və biz bu məsələlər üzrə əməkdaşlığımızı davam etdirmək istəyirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   ABŞ   Rusiya   Səfir  





Xəbər lenti