Şentop Kəbənin fotolarının yerə atılmasını qınadı

Şentop Kəbənin fotolarının yerə atılmasını qınadı
  30 Yanvar 2021    Oxunub:1883
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Boğaziçi Universitetinin qarşısında Kəbənin fotolarının yerə atılmasını qınayıb.
Azvision.az xəbər verir ki, bu barədə TBMM sədri “Twitter” hesabında yazıb.

"Boğaziçi Universitetində bəzi fitnəçilər tərəfindən millətimizin qibləsi olan müqəddəs Kəbəyə hörmətsizliyi qınayıram. Bu cür mənfur hərəkətlərin universitetlərimizin nüfuzuna kölgə salmasına icazə verilməməlidir. Günahkarlar qanunlara uyğun olaraq lazımı cəzanı alacaqlar”, - deyə Şentop əlavə edib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır, 4 nəfərin saxlanıldığı bildirilir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəbə  





Xəbər lenti