“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
  23 Dekabr 2020    Oxunub:1432
“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı dekabrın 23-ü üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik   Dərs  





Xəbər lenti