Dünyanın ən böyük aysberqi parçalanıb

Dünyanın ən böyük aysberqi parçalanıb
  21 Dekabr 2020    Oxunub:1175
Tədqiqatçılar dünyanın ən böyük aysberqinin ikiyə ayrıldığını müşahidə ediblər.
Avropa Kosmik Agentliyi (AKA) parçalanmanın dəqiq səbəblərinin hələ aydın olmadığını, lakin buz qayasının Cənubi Qeorqiya sahil xəttinin bir neçə on kilometrliyində aralıda suyun dayaz yerində üzməsi buna təsir etdiyini ehtimal etmək olar.

Alimlər son bir neçə gündə aysberqin saat əqrəbi istiqamətində döndüyünü və bir ucunun suyun dayaz yerində hərəkət etdiyini qeyd ediblər. Bu ərazidə dəniz dibinin dərinliyi cəmi 200 metr təşkil edir və bu səbəbdən aysberq okean dibinə toxuna bilərdi. Buna görə də tədqiqatçılar aysberqin parçalana biləcəyini güman edirdilər.

Aysberq A-68 2017-ci ilin iyul ayında Larsen şelf buzlağından qopub. O vaxt onun sahəsi 5.8 min kvadratkilometr idi. Ölçüsü 175 km x 50 km, orta qalınlığı 190 m, kütləsi 1 trilyon ton idi. A-68-in ayrılması “Larsen C” şelf buzlağının ümumi sahəsini 12 faiz azaldıb.

İndi buzlağın ölçüsü azalıb, 175 kvadrat kilometrlik parça ondan qopub. Alimlər bunu buzlağın sonunun başlanğıcı hesab edirlər - A-68 tədricən kiçik parçalara ayrılmağa başlayacaq. Suonsi Universitetinin tədqiqatçısı Adrian Lakmanın sözlərinə görə buzlağın parçalanma prosesi illər davam edəcək.

Azvision.az


Teqlər: Aysberq  





Xəbər lenti