Paşinyan Sünik səfərini yarımçıq qoyub İrəvana qayıtdı

Paşinyan Sünik səfərini yarımçıq qoyub İrəvana qayıtdı
  21 Dekabr 2020    Oxunub:1868
Bu gün Sünikə gedən Ermənistanın baş naziri Nikol Paşinyan etirazla qarşılanıb.
Azvision.az xəbər verir ki, o, bu səbəbdən bölgəyə səfərini yarımçıq qoyaraq paytaxta qayıtmaq məcburiyyətində qalıb.

Baş nazir özü “Facebook” səhifəsində bu haqda yazaraq qeyd edib ki, səfərini yarımçıq dayandırmasına səbəb yerli sakinlərin Gorus şəhərində yolu bağlamaları olub: “Matəm günü güc tətbiq olunmayacaq və mən İrəvana qayıdıram”.

Xatırladaq ki, bu gün səhər saatlarında Sünik vilayətinin narazı sakinləri Nikol Paşinyanın bölgəyə səfərinə mane olacaqlarını bəyan etmişdilər. Onlar baş nazirin kortejini dayandırmaq üçün Ermənistanı İranla birləşdirən beynəlxalq avtomobil yolunu bağlayıblar.

Ermənilər yenicə həbs edilən Gorus şəhərinin meri Aruş Aruşanyanın da azadlığını tələb ediblər. Onlar meri azadlıqda görməyənə kimi yolu açmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, mer yerli sakinləri etiraz aksiyası keçirərək yolu bağlamağa çağırmışdı. O, həbsindən əvvəl Paşinyanı vilayətə buraxmayacaqlarını demişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Səfər   Paşinyan   Etiraz  





Xəbər lenti